paksan cover

Paksan 2020 MMC — birdəfəlik istifadə olunan iaşə məhsullarının istehsalında etibarlı yerli liderdir. Şirkətimiz 15 ildən artıq peşəkar təcrübəyə malik komandası ilə fəaliyyət göstərir və yüksək keyfiyyətli, dayanıqlı məhsullar təqdim edir. Adımız yeni olsa da, istehsal proseslərimiz və sahə biliklərimiz uzun illərin təcrübəsinə əsaslanır, bu da bizə həm yerli, həm də beynəlxalq standartlara cavab verən məhsullar yaratmağa imkan verir.

Biz əsasən HoReCa sektoru üçün xidmət göstəririk və restoranlar, kafelər, otellər, barlar, catering şirkətləri və digər ictimai iaşə obyektləri üçün geniş çeşiddə məhsullar təklif edirik. Məhsul portfelimizə Toz Dolum Məhsulları, ⁠Nəm Salfetlər, ⁠Birdəfəlik Çubuqlar və Qarışdırıcıl, ⁠Birdəfəlik Yemək Dəstləri, Maye Dolum Məhsullar və gündəlik istifadəyə uyğun digər məhsullar daxildir.

Paksan MMC olaraq keyfiyyət və müştəri məmnuniyyəti hər zaman prioritetdir. Məhsullarımızın istehsalında yalnız sertifikatlaşdırılmış xammallardan istifadə olunur və modern texnologiyalar tətbiq edilir. Eyni zamanda, ətraf mühitin qorunmasına xüsusi diqqət yetiririk — təkrar emal edilə bilən və ekoloji cəhətdən təhlükəsiz materiallar bizim əsas prioritetimizdir.

Bizim missiyamız HoReCa sektorunda fəaliyyət göstərən müəssisələrə dayanıqlı, keyfiyyətli və sərfəli məhsullar təqdim etməklə onların işini asanlaşdırmaqdır. Paksan MMC, tərəfdaşları ilə uzunmüddətli və etibarlı əməkdaşlıq quraraq, həm məhsul keyfiyyətində, həm də xidmət səviyyəsində liderliyi qoruyur.

Paksan 2020 MMC — Sizin etibarlı tərəfdaşınız, keyfiyyətli birdəfəlik həllər üçün!

{lang_content-our-products}